Reklam: High Technic
hightechnic

İranda həbslər – Xarici kəşfiyyata işləyən agentlər tutulub

İranın dövlət qurumlarında xarici ölkələrə işləyən onlarla agent həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Xidmətinin rəhbəri Mahmud Ələvi dövlət televiziyasında iştirak etdiyi proqramda milli təhlükəsiz məsələlərini qiymətləndirərkən qeyd edib.

Ələvi ondan çox agentin həbs edildiyini söyləsə də, onların hansı ölkələr üçün fəaliyyət göstərdiyi barədə məlumat verməyib.

Ələvi həm də düşmən ölkələrin birində onların agentinin kabinet üzvü kimi yerləşdirildiyini bildirib. Lakin o, agentin kim olduğunu və hansı ölkədə çalışdığını söyləməyib. Kəşfiyyat xidməti rəhbərinin sözlərinə görə, İsrailin keçmiş enerji naziri Gönen Segev bu yaxınlarda İran adına cəsusluq ittihamı ilə həbs edilib.

Qeyd edək ki, bir çox ölkələrdən fərqli olaraq, ikili vətəndaşlığı qəbul etməyən xaricilərə İran ictimai qurumlarında iştirak etməyə icazə verilmir.

www.yenicag.az

157