Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

İraqda etirazların ikinci mərhələsi başladı - 13 nəfər öldü - FOTO

İraqda etirazçılar 2 həftəlik aradan sonra yenidən aksiyalara başlayıb. 

Yenicag.az xəbər verir ki, bu dəfəki aksiyalar da qansız ötüşməyib. Belə ki, azı 12 nəfər ölüb.

Yayılan məlumatlara görə, etirazlar tək Bağdadla bitməyib. Qısa zaman ərzində ölkənin digər bölgələrində də xalq etirazlara başlayıb.

Aksiyaçılar əsasən, mənfi idarəçilik, sosial xidmətlərin yetərsizliyi, rüşvətxorluq, işsizlik əleyhinə şüarlar səsləndirib.

İlk aksiyalarda olduğu kimi polis bu günki etirazlar zamanı da gözyaşardıcı qazdan, yüksək təzyiqli su şırnaqlarından və səs bombalarından istifadə etməklə bərabər, xalqa qarşı real güllələrdən atəş açılıb.

Qeyd edək ki, birinci aksiyalarda 150-dən çox insan ölüb, daha 6000-dən çoxunun yaralandığı bildirilir.

Həşim Səhrablı

www.yenicag.az

264
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM