Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“İrəli” İB-nin “Üçrəngli Bayrağın Kölgəsində Mən” aksiyası davam edir - FOTOLAR

“İrəli” İB-nin “Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiyası Azərbaycanda geniş vüsət alıb.

Yenicag.az xəbər verir ki, “İrəli” İctimai Birliyi Dövlət Bayraq Gününə həsr olunan “Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiyaya start verib. Birliyin sədri MirHəsən Seyidov aksiya haqqında fikirlərini səsləndirərkən qeyd edib ki, ölkə başçısı hər zaman çıxışlarında xüsusi olaraq vurğulayır və çağırış edir ki, Azərbaycan gənci vətənpərvər ruhda yetişməlidir. Sədr onu da qeyd edib ki, Azərbaycanın üçrəngli dövlət bayrağı milli atributdur və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan gənci müsair texnologiyalardan və vasitələrdən düzgün qaydada istifadə etməli, informasiya müharibəsində rəqəmsal platforma və rəqəmsal texnologiyanın imkanlarından yararlanmalıdır. Biz də “İrəli” komandası olaraq “Üçrəngli Bayrağın Kölgəsində Mən” askiyasına start verdik və aksiyanın əsas məqsədi yerli və xarici platformada yer alan gəncləri şanlı Azərbaycan bayrağının altında toplaşmağa səsləməkdir.

6 gündür ki, başlayan aksiyaya Azərbaycan Respublikasının müxtəlif regionlarının Gənclər və İdman İdarələri, gənclər təşkilatları, gənclər evi və mərkəzləri, peşə təhsili müəssisələri, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, Olimpiya İdman Kompleksləri, “İrəli” İctimai Birliyinin gəncləri və aktiv üzvləri, müxtəlif idman federasiyaları, Mətbuat orqanları, Ali təhsil müəssisələri, özəl və dövlət qurumları, nazirliklər qoşulub.

Birlik aksiyaya qoşularaq dəstək olmaq istəyən dostları “Siz də öz eyvanınıza dövlət bayrağımızı asaraq bizə qoşulun! Şanlı bayrağın şəkillərini öz şəxsi profillərinizdə #bayraqmenliyimdir həştəqi ilə paylaşmağı və səhifəmizin mesaj qutusuna göndərməyi unutmayın!”-deyə, səsləyib.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi ənənəvi olaraq əlamətdar günlərə həsr olunan tədbirlər həyata keçirir.

www.yenicag.az

1479
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM