!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandan təhrikçi PROVAKASİYA: Paşinyan Azərbaycanı müharibəyə cəlb etmək cəhdlərini artırıb

!Reklam – Yazi

Azərbaycanda növbədənkənar parlament seçkilərinin təyin olunmasından sonra işğalçı Ermənistan provakativ addımlarını daha da intensivləşdirib.

Xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ münaqişəsinin nizamlama prosesində durğunluğun müsbət nəticə verməyəcəyini diqqətə çatdırıb. O, bildirib ki, ATƏT-in Nazirlər Şurasının son toplantısından bu yana yalnız iki həftə bundan öncə Ermənistan və Azərbaycandan olan jurnalistlərin qarşılıqlı səfərləri kimi, humanitar sahədə müəyyən tədbirləri razılaşdıra və həyata keçirə biliblər.

Ancaq nazir əlavə edib ki, siyasi proses durğunluq vəziyyətində qalarsa, bu cür addımlar heç bir nəticə verə bilməz: “Onlar əsaslı danışıqlar prosesini əvəz edə bilməzlər”.

Sonuncu Bratislava görüşü haqda məlumatlardan da belə məlum olur ki, Ermənistan hakimiyyəti prosesləri məqsədli şəkildə pozmağa çalışaraq, danışıqların konkret mövzu üzərində aparılmasını istəmir və bütün cəhdlərini buna yönəldib.

Paşinyan hökumətinin hətta ən amansız müharibədə tətbiq olunan girovların dəyişdirilməsi praktikasından imtina etməsi qeyri-humanizmdən daha çox gərginliyi artırmaq, Azərbaycanı sülh prosesindən imtinaya vadar etmək və bununla da rəsmi Bakının aqressiv müharibə tərəfdarı obrazını yaratmağa xidmət edir.

Son zamanlar diplomatik cəbhədə uduzan Paşinyan hakimiyyətinin əlində yeganə vasitə Azərbaycanı aqressvi müharibə tərəfdarı kimi göstərmək, Bakını hərbi əməliyyatlara cəlb etməklə, beynəlxalq səviyyədə İrəvana dəstək qazandırmaqdır.

Paşinyanın son aylarda açıq-aşkar provokativ, müharibənin bərpasına səbəb ola biləcək açıqlamalarının alt məqsədi budur. İndi isə Paşinyan hakimiyyəti Azərbaycanın seçkilərə getdiyi bir vaxtda müharibə ehtimalının azaldığını düşündüyü üçün provokativ cəhdlərini daha da gücləndirir.

www.yenicag.az

1468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv