!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın sözdən işə baş tutmayan KEÇİDİ: “Ermənistan sülhə hazır olduğunu bəyan etsə də...”

!Reklam – Yazi

“Sülh mesajı verdikdən sonra kənara çəkilərək manipulyasiyaya əl atmaq yalnız mənfi tendensiyalara işarədir”.

Bu fikirləri Ermənistan rəsmilərinin regionda sülhün vacibliyinə dair bəyanatlarının nə dərəcədə səmimi olduğunu dəyərləndirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, Ermənistan sülh məsələsində səmimidirsə, o zaman İrəvan verilən bəyanatlara uyğun olaraq sözdən real əmələ keçməlidir:

“İrəvandan dəfələrlə bu kimi mesajlar səsləndirildiyinin şahidi olmuşuq. Ancaq illərdir ki, həmin bəyanatlar əmələ çevrilmir. Sülhün əldə olunması üçün Azərbaycanın irəli sürdüyü məlum şərtlər var.

Əgər Ermənistan sülh müqaviləsinin imzalanmasına özünü hazır sayırsa, o zaman Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edərək yekun sənədi imzalamalıdır.

Bu, konkret addım anlamına gələcək. Lakin sülh mesajı verdikdən sonra kənara çəkilərək manipulyasiyaya əl atmaq yalnız mənfi tendensiyalara işarədir.

Ermənistan üç ildir, sülhə hazır olduğunu desə də, ortada qəti siyasi iradə yoxdur. Sülhün əldə olunması üçün Azərbaycanın şərtlərinin yerinə yetirilməsi mütləqdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv