!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın üzərindəki ƏZİCİ ÖHDƏLİK: “Ermənistan üçtərəfli bəyanatın şərtlərini tam olaraq...”

!Reklam – Yazi

“Ermənistan Göyçə və Zəngəzur bölgələrinin ona SSRİ təşkil olunanda verildiyini çox yaxşı bilir”.

Bu fikirləri Azərbaycan və Ermənistan arasında həll olunmalı məsələlər sırasında xüsusi yer tutan anklavlar məsələsinə toxunan “Konfliktalogiya” Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan gah Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, gah da Fransanın dəstəyi ilə anklavlar məsələsini gündəmə gətirir:

“Ermənistan müxtəlif zamanlarda anklavlar məsələsini qabardır. Beynəlxalq təşkilatlar və xüsusilə də Fransanın dəstəyi ilə dünyanı Azərbaycanın guya Ermənistan ərazisinə daxil olduğuna inandırmaq istəyirlər.

Azərbaycanla Ermənistan arasındakı mövcud sərhədlərin şərtiliyini unutmaq olmaz. Ermənistan öz təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərini 30 il işğal altında saxladığı üçün iki dövlət hazırda bir-birini rəsmən tanımır.

Ermənistanın baş naziri Nikol Paşinyan israrla delimitasiya və demarkasiya məsələsində 1975-ci il xəritələrinə istinad etməyin vacibliyini deyir. Çünki Ermənistan Göyçə və Zəngəzur bölgələrinin ona SSRİ təşkil olunanda verildiyini çox yaxşı bilir.

Azərbaycan dəfələrlə başqa ölkələrin torpaqlarında gözü olmadığını, yalnız öz ərazisinin suverenliyi üçün fəaliyyət göstərdiyini bəyan edib. Ermənistan üçtərəfli bəyanatla Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə öhtəlik götürüb. Lakin bu öhdəliyi hələ də yerinə yetirmir.

Bu səbəbdən Ermənistana heç bir halda güvənmək olmaz. Rəsmi İrəvan gah Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, gah da Fransanın dəstəyi ilə anklavlar məsələsini gündəmə gətirir. Bununla da Azərbaycana qarşı təzyiq yaratmaq istəyir. Ermənistan sülh müqaviləsi, delimitasiya və demarkasiya məsələləri ilə bağlı müsbət addım atmır. Müsbətə doğru irəliləyiş yalnız sülh müqaviləsi imzalandıqdan sonra baş verə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv