Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İşdən çıxarıldığı iddia olunan fəhlə ilə bağlı RƏSMİ AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) videoçıxışı yayılan Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, fəhlənin işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə dünən paylaşılan məlumatlar əsassızdır:

“Taleh Bəşirovun işdən çıxarılması ilə bağlı məlumat yayılandan sonra bu gün səhər Nazirlikdən onu işə götürən tikinti şirkəti ilə əlaqə saxlanılıb. Talehin heç bir halda işdən çıxarılmaması tövsiyə edilib. Hazırda Talehin əmək müqaviləsi (250 AZN maaşla) qüvvədədir. Bu gün səhər Nazirlikdən Talehlə də əlaqə saxlanılıb və narazılığının səbəbi soruşulub”.

“Əlilliyi olan şəxs kimi pensiya alan Taleh Bəşirov Nazirliklə bağlı probleminin və narazılığının olmadığını, mütəmadi olaraq reabilitasiya vasitələri ilə təmin olunduğunu (son dövrdə 19 dəfə) deyib. Videoda dediklərini də hansısa məlumatı yanlış anladığından əsəbləşərək söylədiyini və bundan təəssüfləndiyini bildirib”, – deyə Fazil Talıbov qeyd edib.

www.yenicag.az

185
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100