!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail ordusunun bacarmadığı ŞƏHƏR DÖYÜŞÜ: “HƏMAS-ın qüvvələri haqqında məlumatın olmaması...”

!Reklam – Yazi

“HƏMAS-ın başlıca niyyəti İsrail ordusunu şəhər döyüşlərinə cəlb etməkdir”.

Bu fikirləri İsrailin HƏMAS-a qarşı planlaşdırdığı quru əməliyyatlarına hələ də başlamamasının səbəblərini şərh edən Müdafiə Nazirliyi Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hərbi imkanlarının genişliyinə baxmayaraq, İsrail quru əməliyyatlarına başlamağa hələ hazır deyil:

“İsrail hazırda havadan zərbələrlə HƏMAS-ın əsas qüvvələrini sıradan çıxarmağa çalışır. Lakin HƏMAS şəhər döyüşlərinə çox güclü hazırlaşıb. İsrailin effkelti quru əməliyyatı keçirməsi üçün qarşı tərəfin əsas və ehtiyat qüvvələrini məhv etmək lazımdır. Görünən odur ki, İsrail tərəfi bunu bacarmayıb.

Eyni zamanda, İsrail kəşfiyyatının da quru əməliyyatlarına hazır olmadığı barədə mətbuatda davamlı informasiyalar yayılır. Quru əməliyyatına başlamaq üçün HƏMAS-ın əsas qüvvələr sıradan çıxarılmalıdır ki, əməliyyatları minimum itki ilə yekunlaşdırmaq mümkün olsun.

Hesab edirəm ki, İsrailin “minimum itki” planı baş tutmayacaq. Çünki İsrailin əlində HƏMAS-ın real qüvvələrinin sayı, silah və hərbi texnikası, o cümlədən, dislokasiyası haqqında dəqiq məlumat yoxdur.

HƏMAS-ın başlıca niyyəti İsrail ordusunu şəhər döyüşlərinə cəlb etməkdir. O halda İsrail ordusunun ciddi itkilərə məruz qalacağı gözlənilir. Bu baxımdan, İsrailin hələ ki planlaşdırdığı quru əməliyytlarına başlamağa hazır olmadığını deyə bilərik”.

Səxavət Məmməd

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv