!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı çalxalayan YENİ QANLI BAŞLANĞIC: “İsrailə hücum Ukraynanın məhvini istəyənlərin....”

!Reklam – Yazi

“Qlobal miqyasda cərəyan edən son proseslərin heç biri kortəbii şəkildə baş vermir”.

Bu fikirləri Yaxın Şərqdə baş verənlərin fonunda Rusiyanın Ukraynaya yeni hücum kampaniyası hazırlığını dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadənin fikrincə, HƏMAS-ın İsrailə hücumu dünyada qlobal hadisələrin başlanığıcı hesab oluna bilər:

“İsrailin Fələstin, HƏMAS və “Hizbullah” üçlüyü ilə münasibətlərinin gərginləşməsi və baş verən son hərbi toqquşma xaotik bir proses deyil. Əslində, HƏMAS-ın İsrailə hücumunu dünyada qlobal hadisələrin başlanğıcı, eyni zamanda, Rusiya-ABŞ qarşıdurmasının yeni mərhələsi kimi də qiymətləndirmək olar.

Faktiki olaraq, Rusiya gücdən düşür, Avropa yoxsullaşır, enerji təminatında problem yaşayır. HƏMAS-ın İsrailə hücumu ərəfəsində Baltikyanı dövlətlərdən keçən qaz kəməri də sıradan çıxarıldı. Bunların heç biri kortəbii baş verməyib. O cümlədən, Putinin Rostovdakı Ukrayna əleyhinə hərbi əməliyyatların idarə edilməsi qərargahına getməsi adi bir hal deyil.

HƏMAS-ın ciddi hazırlıq əsasında İsrailə hücumu, dinc əhalinin qırğını, Netanyahunun reytinqinin aşağı düşməsi də əvvəldən hesablanmış gedişlərin nəticəsidir.

Bayden başa düşür ki, Ukraynanın taleyi masadadır. Ona görə də, İsrail və Ukraynaya hərbi yardım göstəriləcəyini bəyan etdi. HƏMAS-ın İsrailə hücumunu planlaşdıran qüvvə Ukraynanın məğlub edilməsinə çalışacaq. Hətta yaxın günlərdə Tayvan adalarına hücumla bağlı yeni mesajlar veriləcəyinin şahidi ola bilərik”.

Səxavət Məmməd

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv