!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İsrail telekanalından Azərbaycan himninə hörmətsizlik - VİDEO

!Reklam – Yazi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün AÇ-2019-un seçmə mərhələsi çərçivəsində ilk matçına çıxıb.

Yenicag.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamız səfərdə İsrailin qonağı olub. Akko şəhərindəki “Munisipal” stadionunda baş tutan bu görüşün startında Azərbaycan yığması xoşagəlməz münasibətlə üzləşib. Belə ki, İsrail tərəfi millimizin himninin sonadək səslənməsinə imkan verməyiblər. Bu isə qonaq komandaya qarşı aşkar hörmətsizlik kimi diqqətdən yayınmayıb.

Qeyd edək ki, bu görüşdə Azərbaycan yığması İsrailə 1:3 hesabıyla uduzub. Baxmayaraq ki, meydan sahibləri 25-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıblar.

Yenicag.az

www.yenicag.az

3801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv