!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İsraili dəstəkləyən türkiyəli müğənni “hədəf taxtası”nda: “Bu ölkədə sərvət qazanırsan...” - FOTOLAR

!Reklam – Yazi

Yəhudi əsilli türkiyəli müğənni Linet Mor Menaşenin sosial şəbəkə hesabında etdiyi paylaşım izləyiciləri hiddətləndirib.

Yenicag.az xəbər verir ki, İsrailə dəstək paylaşımı edən müğənni sosial şəbəkə hesabında “HƏMAS qatildir” ifadəsini yazıb.

Davam edən İsrail-Fələstin hərbi toqquşması dalğasında İsrailin ötən gün Qəzzadakı “Əl-Əhli” baptist xəstəxanasının bombalanması nəticəsində 500-ə yaxın insan həlak olub.

Müğənni Linet Mor Menaşe xəstəxananın bombalanmasına səssiz qalsa da, özünün sosial şəbəkə hesabında “HƏMAS İsraillilərin şimaldan keçməsinə icazə vermir. HƏMAS qatildir” məzmunlu paylaşım edib.

Onun bu paylaşımından qəzəblənən izləyicilər paylaşıma sərt ifadələrlə şərhlər yazıblar.

Sərt reaksiyaların artdığını görən müğənni paylaşımın şərh bölməsini bağlamaq məcburiyyətində qalıb.

Məşhur prodüsser Erol Köse Linetə təpkisini bu sözlərlə paylaşıb: “Bu ölkədə sərvət qazanırsan, bax, minlərlə linç şərhi gəlir. Məncə, sən bu mövzulara girmə”.

Müğənni aldığı sərt reaksiyalar səbəbindən məlum hərəkətinə izahat verməli olub:

“Bu qədər faciə yaşanarkən, özümü doğru ifadə etmək mənim özümə də çətindir. Amma buna məcburam. Mən 500 il əvvəl Osmanlı İmperatorluğu zamanında Türkiyəyə köç edən atalarımın zamanından bəri bu torpaqlarda yaşayan yahudi ailənin üzvüyəm.

30 ildir, bu torpaqlarda sənətlə məşğul olan, çörəyini buradan qazanan və vergisini ödəyən türk vətəndaşıyam. Biz bu torpaqlarda müsəlman, xristian, yəhudi ayrı-seçkiliyi olmadan hər zaman qardaş kimi yaşamışıq.

Günlərdir davam edən bu vəhşəti mən də hamı kimi iliklərimə qədər yaşayıram. Mənim ailə üzvlərim, dostlarım hazırda savaşın ortasında qalıblar. Axan qanın irqi, dini, dili olmaz!

Şərh edərkən sizi bir az vicdanlı olmağa dəvət edirəm. Tək istəyim savaşın tez bir zamanda sona çatmasıdır. Bütün ölənlərə Allahdan rəhmət diləyirəm”.

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv