!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəzzada tətbiq olunan FAŞİST METODLARI: “Almanların yəhudilərə etdiyi zülmü indi onlar ərəblərə...”

!Reklam – Yazi

“Necə ki ermənilər Azərbaycan torpaqlarını tutub, əhalisini qovurdu, yəhudilər də indi o hərəkətləri təkrarlayırlar”.

Bu fikirləri İsrail-HƏMAS savaşına son qoyulması və bölgədə sabitliyin bərpasına yönəlik addımları dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, dünyanın müxtəlif nöqtələrində alovlanan münaqişələrə mənfəət kimi baxan dövlətlər gərginliyə son qoyulmasını istəmirlər:

“Münaqişə silahdır, silah istehsalıdır, nəhəng gəlirlərdir. Vicdansız adamlar istəmir ki, müharibələr bitsin, əksinə, onlar yeni münaqişə ocaqlarının yaranmasında, gəlirlərini artırmaqda maraqlıdırlar.

Xalqlar isə savadsızdırlar, gələcəyi görmürlər, hərəkətlərinin mahiyyətini anlamırlar. Ermənilər 1988-ci ildə “miatsum” qışqıranda, onlara deyən olsa idi ki 35 ildən sonra zəlil vəziyyətə düşəcəksiniz, 20 min gənc həlak olacaq, əlil qalacaq, iqtisadiyyatınızı itirəcəksiniz, buna inanmazdılar.

Kütlənin düşünmək qabiliyyəti yoxdur. İsraillə HƏMAS arasındakı qarşıdurmada ABŞ İsraili dəstəkləyir. Avropanın bütün tör-töküntüləri yığışıb gediblər Amerikaya. Orada yerli əhalini qırıb, məhv ediblər, onların ərazilərində qüdrətli dövlət qurublar. Bu dövlət başqa xalqın torpağını tutan, xalqını əzən ölkəyə necə münasibət bəsləməlidir?

İsraillə ABŞ yaxın dövlətlərdir. 1998-ci ildə Nyu-Yorkda “Holokost” muzeyində olmuşam. Həmin muzeyə getməzdən əvvəl düşünürdüm ki, muzeyin 80-90 faizi faşist Almaniyasının yəhudi xalqına tutduğu divanı əks etdirən faktlardan ibarət olacaq.

Ancaq muzeyi gəzəndə gördüm ki, oranın 80 faizi xristian Avropasının yəhudi xalqına etdiyi zülmə, təqiblərə, vəhşiliklərə həsr olunub. Yalnız 10 faizi faşist Almaniyasının, qalan 10 faizi isə başqa xalqların törətdiklərini əks etdirir. Orada müsəlmanlardan, ərəblərdən bir fakt belə yoxdur.

Çünki müsəlman dünyası, ərəblər yəhudilərə qarşı pis heç nə etməyib. Əksinə, yəhudiləri qoruyublar. Sonradan yəhudiləri qırmış Avropa öz günahlarını yumaq üçün onları ərəblərin torpaqlarına yerləşdirdi. “Holokost”dan əziyyət çəkmiş yəhudilər isə alman faşistlərinin onlara qarşı törətdiyi zülmü indi Fələstin ərəblərinə qarşı edir.

Qəzza bir həbs düşərgəsidir və ərəblər 30 ildir ki, o həbs düşərgəsində yaşayırlar. “Getto”lardan çıxan, heyvan kimi saxlanan vücud heyvan kimi də hərəkət edəcək. Onlar heyvanlıq etdi. Son toqquşmalarda 1200 israillini öldürdülər, onların yalnız üçdə biri hərbçi idi.

Ancaq 1200 israilliyə qarşı 18 min fələstinli öldürülüb. Yəhudilərin qisas hissi sönmür. Necə ki ermənilər Azərbaycan torpaqlarını tutub, əhalisini qovurdu, yəhudilər də indi o hərəkətləri təkrarlayırlar”.

Səxavət Məmməd

www.yenicag.az

2010
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv