Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İsrailin müdafiə naziri erməni deputatları pərt etdi - Azərbaycanın tərəfindəyik!

Reklam: High Technic

Ermənistan-İsrail dostluq qrupunun erməni nümayəndəliyinin İsrailə səfəri onlar üçün uğursuz olub. Səfər çərçivəsində Knesset “erməni soyqırımı”nın tanınması barədə qanun layihəsini qəbul etməyib.
İsrailin rəsmi şəxsləri isə növbəti dəfə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyini dəstəklədiklərini açıqlayıblar.

Yenicag.az Armiya.az-a istinadən xəbər verir ki, Ermənistan-İsrail dostluq qrupunun üzvlərinin bu gün baş tutan mətbuat konfransında Ermənistan hakim partiyasının millət vəkili Gagik Minasyan İsraildə anlayışla qarşılanmadıqlarından şikayət edib. Onun sözlərinə görə, dördgünlük səfər zamanı altısı İsrail parlamentində olmaqla 15 görüş keçiriblər. “Qeyd etmək lazımdır ki, səfər çərçivəsində təkcə parlamentarilərlə deyil, İsrailin müdafiə naziriylə də görüşümüz olub. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub”, -deyə, Minasyan qeyd edib.

Bununla yanaşı erməni deputat vurğulayıb ki, müdafiə naziri Aviqdor Liberman sözügedən problemin müzakirəsi zamanı tez-tez Azərbaycana meyilli mövqe nümayiş etdirib. Yəni bildirib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın erməni silahlıları tərəfindən işğal olunmasını tanımır. Erməni nümayəndəliyinin rəhbəri qeyd edib ki, bu barədə İsrail parlamentində də dəfələrlə çıxış ediblər:

“Biz dəqiq sual verdik: bu, nazirin, İsrail hökumətinin və ya hansısa İsrail məmurunun mövqeyidir?”

Ermənistan nümayəndəliyinin üzvləri İsrail silahının Azərbaycana satılması məsələsini də gündəmə gətiriblər. Bu silahdan Ermənistana qarşı istifadə olunduğunu deyən ermənilər Tel-Əvivin bu mövqeyinin onlar üçün anlaşılmaz qaldığını qeyd ediblər. Lakin İsrail tərəfindən heç bir müsbət cavab ala bilməyiblər.

www.yenicag.az

3561
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM