!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda azərbaycanlıların qan davası: 5 ölü - FOTO

!Reklam – Yazi

Türkiyədə Sahib M. adlı Azərbaycan vətəndaşı İstanbul polisi tərəfindən həbs olunub.

Yenicag.az xəbər verir ki, o, həmyerlisi Gəncəli Əliyevi öldürməkdə şübhəli bilinir.

Polis Sahib adlı şəxsi qızını müalicə üçün gətirdiyi xəstəxanada ələ keçirib. Onunla yanaşı, daha iki azərbaycanlı – Turan M. və Rişal H. adlı şəxslər də saxlanılıb.

Verilən rəsmi açıqlamaya görə, 9 dekabr 2015-ci ildə Sahibin qardaşı Ramil aralarında baş verən mübahisə nəticəsində Natik G. və atası Yapon G. tərəfindən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Sahib də qardaşının ölümündə təqsirli bildiyi Misirxan Əliyevi qətlə yetirib. O, daha sonra 8 avqust 2018-ci ildə Gəncəli Əliyevi öldürüb. Hadisədən 14 gün sonra isə Sahibin qohumu Ramil Məmmədov qətlə yetirilib. Onu qətlə yetirən Asif A. adlı şəxs həbs edilib.

Oktyabrın 7-də isə Ruhil Ağayevi Sahibin qohumları olan Qasım M və qardaşı Mübariz M silahlı hücum nəticəsində öldürüb.

Məhkəməyə çıxarılan Sahib M. günahsız olduğunu bildirsə də, həbsxanaya göndərilib. Onunla birgə saxlanılan Turan M. və Rişal H. isə sərbəst buraxılıb.

Emin

www.yenicag.az

7761
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv