!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstiqlal Bəyannaməsinin SÖNÜK YUBİLEYİ: “Axı Heydər Əliyev də istiqlalçı deputatların sırasındadır” - Keçmiş nazir

!Reklam – Yazi

“Müstəqillik hər xalqa nəsib olmur, onun yolunda qan tökülür, qurbanlar verilir”.

Bu fikirləri 1991-ci il avqustun 30-da o vaxtkı Ali Sovetdə qəbul olunan İstiqlal Bəyannaməsinin 30 illiyinin təntənəli şəkildə qeyd olunmamasına münasibət bildirən istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yolunda qurbanlar verilən müstəqillik hər xalqa nəsib olmur:

“Əslində, o sual mənə yox, bu işi təşkil etməli olanlara verilməlidir. Çünki burada bir az qısqanclıq hissi də var. Amma məsələ burasındadır ki, mərhum Heydər Əliyev də istiqlalçı deputatların sırasındadır.

Yəni 1991-ci ildə Azərbaycanın SSRİ-nin tərkibində qalmasının əleyhinə səs verdik. Ümumiyyətlə, Heydər Əliyev Naxçıvanda SSRİ-nin saxlanması üçün təşkil olunan referendumun keçirilməsinə imkan vermədi. Fikrimcə, jurnalistlər bu məsələni geniş araşdırıb gözəl yazı ortaya qoya bilərlər.

Bütün bunlara baxmayaraq, mən İstiqlal Bəyannaməsinin 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını, millətimizi təbrik edirəm. Müstəqillik hər xalqa nəsib olmur, onun yolunda qan tökülür, qurbanlar verilir. Allaha şükür, gəlib bu günlərə çıxmışıq”.

A.Zeynalov

www.yenicag.az

848
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv