!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kara Makdonaldın Cənubi Qafqaz TURNESİ: “Azərbaycandan hansısa məsələdə güzəşt qoparmaq...” - ŞƏRH

!Reklam – Yazi

“Gəlirlər, bu mövzularda müzakirələr aparırlar, sonra da müəyyən güzəştlər qoparıb gedirlər”.

Bu fikirləri ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Kara Makdonaldın Bakıya bu gün başlayacaq səfərinin məqsədlərini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Makdonaldın Bakıya səfər proqramının əsas maddəsini Qarabağ ermənilərinin vəziyyətinin müzakirəsi təşkil edəcək:

“Makdonaldın səfəri ilə bağlı, ilk növbədə, onu deyə bilərik ki, görünür, Amerikaya Azərbaycanın yenə də hansısa məsələdə güzəştə getməyi lazımdır. Çünki güzəşt tələb olunanda, ilk növbədə, demokratiya və insan haqlarının vəziyyətindən, məhkəmələrin müstəqilliyinin olmaması və başqa problemlərdən yapışırlar. Gəlirlər, bu mövzularda müzakirələr aparırlar, sonra da müəyyən güzəştlər qoparıb gedirlər.

İndi Amerikaya nə lazımdır? Baxın neftimizdə-qazımızda payları var, borularımızı çəkiblər, şirkətləri Azərbaycanda bəy balası kimi fəaliyyət göstərir, Rusiyadan kifayət qədər məsafələnmişik, Türkiyə ilə münasibətlərimiz yüksək səviyyədədir, İsraillə Azərbaycanın münasibətləri əla, İranla münasibətləri isə soyuqdur, bazarlarımız Qərbin üzünə açıqdır, dünya bazarına məhsul çıxara bilmirik, öz sənayemizi inkişaf etdirmirik və sair… Bütün bunlar ABŞ-nin maraqlarına uyğundur.

Qalır yalnız Qarabağ məsələsi. O baxımdan, yəqin ki, bizdən Qarabağ erməniləri üçün hansısa imtiyaz qoparmaq istəyəcəklər. Mən indiki vəziyyətdə başqa səbəb görmürəm. Çünki qalan başqa şərtlərini yerinə yetirmişik”.

A.Zeynalov

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv