!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantin postunda saxlanılan şəxsdə narkotik AŞKARLANDI

!Reklam – Yazi

Cəlilabadda karantin postunda saxlanılan şəxsin üzərindən və avtomobilindən müxtəlif növ narkotik vasitələr, həmçinin psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq Cəlilabad şəhəri ərazisində yaradılmış stasionar postlardan birində “Niva” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də o bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Lakin polis əməkdaşlarının sayıqlığı nəticəsində çox da uzağa gedə bilməyən həmin şəxs idarə etdiyi avtomobillə birlikdə saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib və həmin şəxsin Yardımlı rayon Astanlı kənd sakini İntiqam Mirişov olduğu müəyyən edilib. Onun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı ümumilikdə 52 qram narkotik vasitə heroin, 8 qram psixotrop maddə metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

www.yenicag.az

725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv