Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Karaoke klubdan və avtomobildən oğurluq edən şəxs SAXLANILDI - FOTO

Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsində yaşayış binasının zirzəmisində yerləşən karaoke klubundan oğurluq edilib.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, naməlum şəxs obyektin giriş qapısının açarını qıraraq içəridən televizor və noutbuk oğurlayaraq hadisə yerindən qaçıb. Oğurluq zamanı obyekt sahibinə ümumilikdə 800 manat ziyan dəyib. Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Cəmil Mirzəyev saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları 127 manata satdığını bildirib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu Səməd Vurğun küçəsində bir “VAZ 2121” markalı avtomobilin salonundan iki ədəd mobil telefon oğurlayaraq satdığı da məlum olub.

Qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Loading...

www.yenicag.az

477
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100