Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kim Çen Inın sağlam olduğu bildirilib

Reklam: Sinerji Pro

KXDR-in Dövlət Şurasının sədri Kim Çen In sağlamdır.

Yenicag.az-ın məlumatına görə, bu barədə Koreya Respublikası prezidentinin diplomatiya və milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Mun Çjon İn bildirib.

“Hökümətimizin mövqeyi möhkəmdir, Kim Çen In sağdır və sağlamdır. O 13 apreldən Vonsan bölgəsindədir”, – müşavir deyib.

KXDR lideri 11 apreldən indiyədək ictimaiyyət qarşısında görünməyib. CNN telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadən Vaşinqtonda, iddia edilən cərrahiyə əməliyyatından sonra KXDR lideri Kim Çen Inın sağlamlığının pisləşməsi ilə bağlı kəşfiyyat araşdırılmalarına dair açıqlama verib. Lakin bir qədər sonra Şimali Koreyanın mərkəzi qəzeti “Nodon Sinmun” Kim Çen İnin sənədlərlə işləməyə davam etdiyini söyləyərək Vonsan-Kalmanın şərq sahilindəki turizm bölgəsi inşaatçılarına təşəkkür mesajının göndərdiyini bildirib.

www.yenicag.az

332
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100