!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev KXDR Ali Xalq Məclisinin sədrini qəbul etdi - YENİLƏNİB

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Çoe Ryonq Hae Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildirildi, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanların olduğu vurğulanıb. Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin 1985-ci ildə Sovet İttifaqı rəhbərliyində çalışarkən Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olacağına əminlik ifadə edilib.

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Kim Çen Ina çatdırılmasını xahiş edib.

*** 15:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haeni qəbul edib.

Yenicag.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

www.yenicag.az

2817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv