Reklam: High Technic
hightechnic

“Kimisə söymüşəmsə, çıxarıb ortaya qoysun”- Hafiz Hacıyev

Reklam: Sinerji Pro

Hollandiyada mühacir həyatı yaşayan Elman Mustafazadə iddia edir ki, son zamanlar baş qaldıran söyüş məsələsində “atəşkəsi” pozan, Avropanı iqtidarın üstünə qaldıran Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev olub.

E. Mustafazadənin sözügedən açıqlamasına Yenicag.az-a müsahibəsində münasibət bildirən Hafiz Hacıyev haqqında deyilənlərin ona qarşı yönələn iftira olduğunu bildirdi:

“Xaricə mühacir adı ilə gedənlər pozğun adamlardır. Gedib tökülüblər Hollandiya və digər ölkələrə… Ordan da ağızlarına gələni danışırlar. Hafiz Hacıyev heç vaxt söyüş söyməyib. Kimi söymüşəmsə, ailəsinə, uşağına ağır söz demişəmsə, çıxarıb ortaya qoysun. Biz reallığı deyirik. Deyirik ki, Cəmil Həsənlinin qızı erməniyə ərə gedib, Kərimov Əlinin xanımı Londonda oturub parfümeriya, qızıl mağazası idarə edir, otellər şəbəkəsinə sahibdir.

Bu cür insanlar Azərbaycan dövlətinə xəyanət edən adamlardır, xaricə səpələnərək başqa dövlətlərin kəşfiyyat orqanlarının əlində alətə çevriliblər. Mənəviyyat və qeyrətləri yoxdur ki, Azərbaycan dövlətini müdafiə etsinlər. Dövlətdən incimək olmaz. Dövlət bizimdir. Fərdlərdən incimək olar. Kimsə rüşvətxordursa, bu başqa məsələdir. Dövlətimizə xəyanət etmək olmaz. Adını çəkdiyiniz insanlar Azərbaycan üçün nə ediblər? Onlar hamısı ermənilərlə qohum olan Kərimov Əli və Cəmil Həsənlinin adamlarıdır, tökülüblər küçələrə. Biz də onların dövlətəzid əməllərini sübut etmişik. Ona görə də belə insanlara əhəmiyyət verməyinə dəyməz. Onlar, ələlxüsus da erməni kəşfiyyatına işləyirlər.

Ermənilər öz qəzetlərində də bu barədə geniş yazıblar. Bunu heç kim də dana bilməz. Adını çəkdiyiniz məxluqu heç tanımıram. Hafiz Hacıyevin Azərbaycan dövləti və xalqı üçün xidmətləri əvəzsizdir. Onlar mənim dövlətimiz üçün etdiyimin 0,1 faizini etsələr deyərdim ki, sağ olsunlar. Ona görə də bu kimi insanlara əhəmiyyət vermirik. Onlar satılıblar. Azərbaycan dövləti əleyhinə iftira yazmaqla məşğuldurlar”.

ELÇİN

www.yenicag.az

1798