!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Birinin bacısı qəşəngdir deyə qardaşını partiya sədri qoymaq düzgün deyil axı...” – ETİRAZ

!Reklam – Yazi

“Keçmişdə hərə kooperativ kimi bir partiya yaradaraq çıxıb ortaya və indi tez-tez haray-həşir salırlar”.

Bu fikirləri siyasi partiyalar haqqında qanunun yeni variantı üçün irəli sürdükləri təkliflər haqqında danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.Partiya sədrinin fikrincə, qeydiyyat məsələsinin çox sadə olması partiyaların nüfuzdan salınmalarına xidmət edir:

“Bəli, biz də həmin qanunla bağlı faydalı saydığımız təkliflərimizi təqdim etmişik və onların hamısını indi sadalamağa ehtiyac görmürəm. Təkliflərimizdən biri bundan ibarətdir ki, sədrindən və onun “papka”sından ibarət olan partiyaların qeyddiyyatı ləğv edilməlidir.

Hesab edirik ki, on min nəfərdən az üzvü olan partiyaların qeydiyyata alınması düzgün deyil. Əslində, qeydiyyat məsələsinin çox sadə olması partiyaların nüfuzdan salınmalarına xidmət edir.

Eyni zamanda, proporsional seçki sisteminin bərpa olunmasını təklif etmişik və bizə görə, ölkədə milli barışığın bünövrəsi bununla qoyula bilər. Yəni real gücü və müvafiq strukturları olan partiyalar qeydiyyatdan keçməli və seçkilərdə iştirak etməlidirlər. Keçmişdə hərə kooperativ kimi bir partiya yaradaraq çıxıb ortaya və indi tez-tez haray-həşir salırlar.

Məsələn, biri vaxtilə mənim müavinim olub, indi partiya yaradıb, amma partiya sözünü bilmir. Əxlaqsız adamların bəziləri bu gün partiya sədri olub toxunulmazlıq qazanmaq, ya da siyasi sığınacaq almaq məqsədi güdürlər. Biz belə halların əleyhinəyik. İndi təkliflərimiz nə qədər nəzərə alınacaq, onu deyə bilmirəm.

Mən çox istəyirəm ki, bu “bardakxana” ortadan qalxsın. İndi də “bu filankəsin qohumudur, filankəsin dostudur” yanaşması moda düşüb. “Filankəsin dostunu-qohumunu” nazir, icra başçısı qoyurlar. Birinin bacısı qəşəngdir deyə qardaşını partiya sədri qoymaq düzgün deyil axı… Partiyaların içində tərbiyəsiz adamlar çoxdur, bunu bilirik. Ona görə də Azərbaycanda ciddi siyasi oturum olmasını istəyirik”.

A.Zeynalov

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv