!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkimlər açıqladı: Kök olmağın faydaları bunlardır

!Reklam – Yazi

Hər hansı yoluxucu xəstəliklə xəstəxanaya düşmüş artıq çəkiyə malik olan pasiyentlərin sağ qalmaq şansı piylənmədən əzab çəkməyən insanlara nisbətən 2 dəfə daha çoxdur.

Yenicag.az xəbər verir ki, belə nəticəyə doktor Siqrid Qribsxoltun başçılığı ilə Danimarkanın Orxus universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri məşhur “The Independent” nəşrində dərc olunub.

Həkimlər təcili tibbi və ya cərrahlıq prosedur üçün xəstəxanaya yerləşdirilmiş 18 mindən çox pasiyenti tədqiq ediblər.

Aşkar olunub ki, artıq çəkili pasiyentlərdə infeksiyadan ölmək şansı xeyli aşağıdır.

“Mümkündür ki, kök pasiyentlərdə kəskin xəstəliklər zamanı faydalı ola biləcək daha çox enerji ehtiyatları var. Bundan başqa, piylənmə immun sisteminin xroniki stimulyasiyası ilə bağlıdır ki, bu da kəskin xəstəliklər zamanı faydalı ola bilər”, – deyə tədqiqatın rəhbəri qeyd edib.

Həmçinin aydınlaşıb ki, artıq çəkiyə malik olan pasiyentlərin normal çəkili pasiyentlərə nisbətən pnevmoniya və sepsisə tab gətirmək şansı 29% çoxdur.

Zaur H.

www.yenicag.az

3627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv