Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kremlin “Azərbaycan - 2018 planı”: YAP-la müxalifətin mövqeyi yenə toqquşur

Reklam: High Technic

Rusiyanın gələn il Azərbaycanda keçirilməsi gözlənilən növbəti prezident seçkilərinə kobud müdaxilə edəcəyinə dair ehtimallar artıb.

Yeniçağ.Az xəbər verir ki, Azərbaycanda 2018-ci ilin oktyabrında keçiriləcək prezident seçkilərinə daxili siyasi qüvvələrlə yanaşı, Rusiyanın da ciddi surətdə “hazırlaşdığı” bildirilir.

Rusiyanın 2013-cü ildə dövriyyəyə buraxdığı Milli Şura layihəsini 2018-ci ildə daha da təkmilləşdirərək, prezident seçkilərində özünün “effektli namizəd”ini mübarizəyə qoşmaq niyyətinin ciddiləşdiyinə dair qənaətlər güclənməkdədir. Qeyd olunur ki, Rusiya 5 il əvvəl Rüstəm İbrahimbəyovun timsalında baş vurduğu “eksperiment”in uğursuzluğundan nəticə çıxararaq, bu dəfə daha hesablı bir ssenarı üzərində çalışır. Kremlin Azərbaycandakı 2018-ci il seçkilərində kimi səhnəyə çıxaracağı hələ məlum olmasa da, Rusiyanın ölkədəki daxili siyasi proseslərə mümkün müdaxiləsi istisna edilmir. Bununla belə, Azərbaycanın əks siyasi düşərgələrinin təmsilçiləri bu məsələyə yanaşmada da fərqli mövqedən çıxış edirlər.

Kremlin Aəzrbaycanda keçiriləcək seçkilərə müdaxilə ehtimalını Yenicag.Az-a dəyərləndirən Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Aydın Mirzəzadə bunun üçün heç bir səbəb olmadığını deyir:

“Azərbaycan öz mövqeyi ilə bütün dünyaya dəfələrlə nümayiş etdirib ki, müstəqil siyasət yürüdür və kənar təzyiqləri qəbul etmir. O baxımdan, Azərbaycandakı daxili siyasi proseslərə kənardan müdaxilə edilməsinə də imkan verilmir.

Konkret Rusiyaya gəldikdə isə nəzərə alınmalıdır ki, ölkələrimiz arasında qarşılıqlı faydaya əsaslanan dərin münasibətlər qurulub. Belə bir vəziyyətdə onun Azərbaycandakı siyasi proseslərə qarışması üçün nə səbəb var, nə də cəhd. Yenə deyirəm, Azərbaycan dövləti bununla bağlı istənilən müdaxilə cəhdinə imkan verməz”.

Mövzu ilə bağlı Yenicag.Az-a danışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə bu bərədə əks fikirdədir. Onun fikrincə, Rusiya təhlükəsi hər zaman aktualdır:

“Bildiyiniz kimi, SSRİ çoxdan dağılsa da, Rusiya özünü postsovet məkanının ağası olaraq görməkdə davam edir. Rusiyanın bu yanaşmasının nəticəsidir ki, keçmiş sovet məkanında çox sayda qanlı münaqişələr, o cümlədən Qarabağ münaqişəsi alovlanıb və bu gün də davam edir.

Özünün imperiya ambisiyalarından əsla imtina etməyən Rusiya müxtəlif ölkələrin daxili işlərinə istədiyi vaxt kobud müdaxilə də edir, qoşun da yeridir. Yəni Rusiyadan hər cür mənfi addımlar gözləniləndir.

Lakin Kremlin Azərbaycanda hələ gələn il keçiriləcək prezident seçkilərinə qarışıb-qarışmayacağı, qarışdığı təqdirdə bunu necə edəcəyi barədə indidən danışmaq tezdir. Əgər bununla bağlı real hərəkət olacaqsa, o zaman konkret fikir bildirmək də asanlaşacaq”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

690
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100