!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Latviya Azərbaycana yeni səfir təyin etdi

!Reklam – Yazi

Latviya Prezidenti Eqils Levits Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.

Yenicag.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dövlət başçısı Azərbaycana səfir təyin etdiyi Daynis Qarançsı etimadnaməsini təqdim edib. O, bu postda diplomatik missiyasının başa vuran Yuris Maklakovsku əvəzləyəcək.

Qeyd edək ki, Daynis Qarançs hazırda Latviya XİN-də İkitərəfli münasibətlər üzrə departamentə rəhbərlik edir. 1994-cü ildə xarici işlər xidmətində işə başlayan Daynis Qarançs Latviyanın Ukrayna, Özbəkistan, Polşa, Qazaxıstan və İsveçdəki səfirliklərində işləyib. Diplomat ingilis, rus, polyak və fransız dillərini bilir.

www.yenicag.az

1252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv