Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda ilkə imza atıldı - VİDEO/FOTOLAR

Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou təşkil edilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Rejissor İlham Qasımovun yozumunda ərsəyə gələn meqa-şouda Cırtdan rolunu İbrahim Süleymanlı, pərilər obrazında gənc aktrisa Natəvan Abbaslı, Leyla Atayeva, Esmiralda Abdullayeva, simurq quşu obrazında isə Günel İmanova çıxış edib.

 

40 artist zalda uşaqları müxtəlif səpkili oyunlarla əyləndirib. Ümumi olaraq oyunda 80 aktyor və rəqqas iştirak edib.

Şounun süjet xəttinə əsasən, valideynləri Cırtdanı evdə qardaşı ilə birlikdə qoyaraq gedirlər. Bir müddət sonra Cırtdan qardaşını itirir və sonra onu axtarmağa başlayır. Qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan tamaşaçılara yaddaqalan və əlvan təəssürat bəxş edir. Göydən düşən ulduzlar, səmaya pərvaz edən əlvan pərilər Cırtdanla birlikdə tamaşaçıları sehrli aləmə aparır. Şounun sonunda Cırtdan qardaşına qovuşur və Məlikməmmədlə Əjdahanın köməyi ilə qara qüvvələr tərəfindən tilsimlənmiş Yeni ili geri qaytarırlar.

Şouda 300-dək əlvan kostyum, 120-dək müxtəlif oyuncaqdan istifadə edilib. Şou uşaqlarla yanaşı, böyüklər üçün də maraqlıdır. Bir sözlə, bənzərsiz, rəngarəng və yaddaqalan şou Yeni ildə tamaşaçıların zövqünü oxşayıb. Şou yanvarın 6-dək davam edib.

Saytımaza açıqlama verən pərilərdən biri N.Abbaslı təəssüratını belə ifadə edib: “Layihə insanlar tərəfindən böyük maraqla qarşılandı. Azərbaycanda bu, bir ilk idi. Layihə həm də gözəl bir məqsədə xidmət edirdi. Xeyriyyə məqsədi daşıyan şoudan əldə olunan gəlir Talassemiya Mərkəzinə köçürüləcək”.

Cəvahir

www.yenicag.az

5702
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100