!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lotu Qulinin yeri bilindi - Məşhur həbsxanada saxlanılır

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi on gün öncə Azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə həbs olunub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, “Lotu Quli” saxlanıldıqdan sonra öncə Köç idarəsinə aparılıb. “Qanuni oğru” daha sonra məşhur “Silivri” həbsxanasına köçürülüb. Hazırda o, həbsxanada saxlanılır və buradan da sənədlər tamamlandıqdan sonra vətəndaşı olduğu ölkəyə deport ediləcəkdir. Türkiyə qanunlarına görə, deport edilən şəxs 3 aydan beş ilə qədər bu ölkəyə qayıda bilməz.

Mənbəmiz təhlükəsizlik tədbirlərinə görə, Lotu Qulinin yerinin yenə dəyişdirilə biləcəyini qeyd edib.

Qeyd edək ki, “Silivri” həbsxanası Türkiyədə “Ergenekon”, “Balyoz” və digər böyük məhkəmə işlərinə görə, həbs edilmiş generalların və digər məşhur şəxslərin saxlanıldığı həbsxanadır.

Səxavət Məmməd

www.yenicag.az

14280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv