!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenkodan Putinə Qarabağ çağırışı: “Problem həll olunmasa...”

!Reklam – Yazi

Belarus prezidenti Aleksandr Lukaşenko bu günlərdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla post-sovet ərazisindəki münaqişələr xarici müdaxilə olmadan həll olunmalıdır. Amma maraqlıdır ki, o, xarici müdaxilə deyəndə MDB-ni həmin xarici müdaxiləçilər sırasına aid etməyib:

“Çox istərdik ki, biz mövcud problemləri Minsk, Moskva, İrəvan və KTMT-yə üzv ölkələrin digər şəhərlərində masa arxasında özümüz həll edək. Başqa dövlətlərin, qrupların, dəyirmi masaların təsiri olmadan…. Xüsusilə də biz Qarabağ, Dnestryanı və Ukrayna problemlərini həll edə bilərik. Bu, bizim problemlərdir”.

Görəsən, Belarus dövlət başçısı yuxarıda qeyd olunan fikirləri səsləndirməklə əslində, nə demək istəyib və onun bu mesajı kimlərə yönəlib?

Məsələni Yenicag.az-a şərh edən politoloq Natiq Mirinin fikrincə, Lukaşenkonun sözügedən fikirləri birbaşa Rusiyaya yönəlib:

“Bu fikirlər Moskvaya edilən mesajdır. Məhz Rusiyanın geosiyasi maraqları və SSRİ kimi bir imperiya dağılandan sonra bu ərazilərdə süni olaraq yaratdığı münaqişə ocaqlarının bu günə qədər manipulyasiya edilməsi imkan vermir ki, həmin konfliktlər həll olunsun. Dolayısı ilə Lukaşenko səsləndirdiyi fikirlərlə topu Rusiyanın üzərinə atır. Bununla da bildirmək istəyir ki, həqiqətən də Moskva MDB-nin struktur olaraq işləməsini istəyirsə, bu məkanda yaranan münaqişələri həll etməlidir. Əks halda, bu kontekstdə yaradılan digər formatlar, yəni Avrasiya İttifaqı, Gömrük İttifaqı da işlək fəaliyyət göstərə bilməyəcək. Dağlıq Qarabağ problemi həll edilmədiyindən Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, nə də Avrasiya İttifaqında yoxdur. Çünki bu təşkilatlarda Azərbaycan torpaqlarını işğal edən təcavüzkar ölkə Ermənistan var. Belə olduğu təqdirdə, Moskva həmin münaqişələrdən bir növ siyasi təzyiq vasitəsi kimi istifadə etdiyindən, Azərbaycan müəyyən mənada adlarını çəkdiyim təşkilatlar, eyni zamanda Rusiyanın özündən məsafə saxlayır. Lukaşenko bütün bunlarla demək istəyib ki, Kreml MDB və post-sovet məkanında yaranan digər formatların da çevik işləməsini istəyirsə, gəlib həmin formatlar daxilində yaranan münaqişələri həll etməlidir. Əslində, vaxtında Qarabağ münaqişəsi səmimi şəkildə MDB daxilində həll olunsaydı, indiki qədər qloballaşmaz və ABŞ-la Fransa Minsk qrupunda həmsədr dövlətlər kimi iştirak etməzdilər. İndilikdə məsələnin qloballaşması Azərbaycanın xeyrinə deyil. Çünki qlobal məsələlərdə qlobal güclərin maraqları olur və bu maraqları da bəzən uzun müddət uzlaşdırmaq mümkün olmur. Bunu da Yaxın Şərq və Cənubi Qafqaz regionunda müşahidə edirik.

Ancaq məsələ ondadır ki, Rusiya Lukaşenkonun söylədiyi bu gerçəklikləri qəbul etmək istəmir. Ona görə də proses 24 ildir ki, uzanır. Lukaşenko dolayısı ilə Rusiyaya onu da anlatmaq istəyir ki, post-sovet məkanında münaqişələrin həll olunmaması əslində, Moskvanın özünün də geosiyasi maraqlarına uyğun deyil. Çünki sözügedən münaqişələr həll olunmadan və özünün yürütdüyü yanlış siyasəti üzündən Rusiya birmənalı olaraq post-sovet məkanı və bizim regionda möhkəmlənə bilməyəcək. Əksinə, post-sovet məkanı ölkələri indiki situasiyada hər vəchlə çalışır ki, Moskvadan uzaqlaşsınlar. Artıq Ukrayna və Gürcüstan kimi ölkələr Rusiyanın orbitindən çıxaraq, yüksək sürətlə Qərbə, NATO-ya inteqrasiya xəttini tutublar. Azərbaycan da artıq Avropa ilə strateji sazişi imzalamaq yönündə konkret danışıqlar aparır”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

846
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv