Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Mağazada çörək satmışam" - Sevdadan etiraflar  

Müğənni Sevda Yahyayeva maraqlı etirafları ilə yadda qalıb.

Yenicag.az xəbər verir ki, buna ifaçının 13 yaşında ikən çəkilən görüntülərinin mediada yayımlanması səbəb olub.

O, açıqlamasında keçmişindən bu gün də utanmadığını bildirib: “Səhnəyə gəldiyim ilk gündən bəri kasın ailədən olduğumu, atasız böyüdüyümü, mağazada çörək satdığımı heç kimdən gizlətməmişəm. Hamı mənim keçmişimi əzbər bilir.

13 yaşında Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı lentə alınmış kasıbyana, zövqsüz və indi sizə gülməli gələn görüntülərimdən heç bu gün də utanmıram. Çünki yetərincə məşhur, gözəl dost çevrəsinə malik, maddi və mənəvi azadlıq qazanmış biriyəm. Ailəmə, anama istədiyim kimi baxa bilirəm.

İndiyə qədər qazandığım statusdan istifadə edərək heç kimi aldatmamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı və heç bir plastik əməliyyat keçirmədən boz serçədən cazibədar bir ulduza çevrilməyi Allah hər kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına”.

www.yenicag.az

6315
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM