Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Maltaya qələbə üçün gəlmişik” - Qurban Qurbanov

Reklam: High Technic

UEFA Millətlər Liqası turniri çərçivəsində sabah səfərdə keçiriləcək Malta – Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanovun, həmiçinin milli komandanın yarımmüdafiəçisi Riçard Almeydanın iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Yenicag.az xəbər verir ki, onlar Malta ilə matç öncəsi bunları dilə gətiriblər:

Qurban Qurbanov: “Vacib səfərə gəlmişik. Oyun həm bizim, həm də rəqib üçün çox əhəmiyyətlidir. Bu komandanın Farer adaları yığmasına qarşı keçirdiyi oyunu izləmişəm. Əslində 1:3 hesablı məğlubiyyətə layiq deyildilər. Komandamıza gəldikdə, demək olar ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Kosovo ilə görüşdən sonra bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, sabah istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Malta millisi fərqli sistemlə oynayır. Sürətli futbolçuları var. Heç bir komanda burda məğlub olmaq istəmir. Çalışacağıq müsbət nəticə əldə edək. Bura qələbə üçün gəlmişik”.

Riçard Almeyda: “Bizim üçün məsul görüşdür. Vacib oyuna hazırlaşmışıq. Çalışacağıq ki, məşqçimizin tapşırıqlarını yerinə yetirək və müsbət nəticə qazanacağımıza ümid edirəm”.

www.yenicag.az

951
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS