Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Maqnit qasırğası olacaq? - Kosmik hava proqnozu

Kosmik hava durumu və proqnozu açıqlanıb.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Yenicag.az-a verilən məlumata görə, Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub.

Günəş diski ləkəsizdir. Peyk görüntülərində Yerə doğru yönələn digər CME (Tac kütlə atılması) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalb.

Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Ümumi maqnit sahəsi 3-4 nT intervalında dəyişib, Bz komponenti üçün isə -2 nT qədər şimala doğru kənaraçıxma müşahidə olunub. Günəş küləyinin sürəti 350 km/san-dək olub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olub.

Kosmik hava proqnozu – Proqnoz dövründə (09 – 11 dekabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (09 – 11 dekabr) tac dəliyinin geoeffektivliyi hesabına nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (09 – 11 dekabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı 09 dekabr tarixində 5%-dən, 10 və 11 dekabr tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.

www.yenicag.az

361
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM