!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mart Soyqırımında erməni amilinin QABARDILMASI: “Rusiya hazırda elə bir vəziyyətə düşüb ki...” – ŞƏRH

!Reklam – Yazi

“Müstəqil ekspertlərin çəkinmədən, açıq mətnlə dilə gətirdikləri məqamları dövlətin adından rəsmən bəyan etmək məqbul sayılmır”.

Bu fikirləri azərbaycanlılara qarşı törədilmiş 1918-ci il Mart Soyqırımında ovaxtkı Rusiya hərbi-siyasi dairələrinin də iştirakına baxmayaraq, əsasən, erməni faktorunun qabardılmasına münasibət bildirən tarixçi-professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, bu kimi məsələlərdə bir sıra mühüm nüansları nəzərə almaq lazım gəlir:

“Biz xalqımıza qarşı ötən əsrdə törədilmiş soyqırımı və başqa qırğınlarda erməni amilini qabartsaq da, düşünmək, qiymətləndirmək imkanında olan hər bir insan bilir ki, bu cinayətlərin arxasında Rusiya İmperiyası dayanıb. Çar, sovet və ya müasir Rusiya olmasının fərqi yoxdur – o dövlət tərəfindən tarix boyu yürüdülən imperialist siyasət bu gün də davam etdirilir.

Bilirsiniz, bu kimi məsələlərdə bir sıra mühüm nüansları nəzərə almaq lazım gəlir. Hazırda istər beynəlxalq münasibətlərdə, istərsə də regionda elə mürəkkəb vəziyyət yaranıb ki, müstəqil ekspertlərin çəkinmədən, açıq mətnlə dilə gətirdikləri məqamları dövlətin adından rəsmən bəyan etmək məqbul sayılmır. Eyni zamanda, aydın məsələdir ki, ölkə rəhbərliyi həm 1918-ci ilin Mart, həm də 1992-ci Xocalı soyqırımları ilə bağlı həqiqətləri bizdən də yaxşı bilir.

Ukraynaya qarşı hərbi təcavüzə başlaması səbəbindən dünyanın təklədiyi Rusiya elə bir vəziyyətə düşüb ki, həqiqətən, yaralı ayını xatırladır. Biz də çalışmalıyıq ki, “ayı”nın pəncəsi bizə tərəf tuşlanmasın. Ona görə də müəyyən qədər korrekt siyasət yeritmək lazımdır və fikrimcə, yeridilir”.

A.Zeynalov

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv