!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vasifə "Matışka" deyən Müşfiq: “Məni öldürmək üçün dəstə yığıb…" - VİDEO

!Reklam – Yazi

“Xəzər” televiziyasında yayımlanan “Obaşdannan” verilişində müğənni Vasif Əzimovla aktyor Müşfiq Şahverdiyev sosial şəbəkədə müzakirə mövzusu olub. Müşfiqin meyxanada Vasifə “Sən gözəl olsaydın, özümə alardım, üzbəüz “matışka”ya oxşayırsan”… ifadəsi birmənalı qarşlanmayıb. Verilişdən sonra tərəflər arasında narazılıq yaşandığı deyilir.

Yenicag.az hər iki tərəfin mövqeyini öyrənib.

Saytımıza açıqlama verən Vasif Əzimovun cavabı belə olub:

“Müşfiq meyxanaçı deyil, o əzbərdən deyilən bir meyxana idi. Meyxanada bundan da ağır deyişmələr olub. İstəmirəm bu məslə şişsin, mən qalmaqal adamı deyiləm”.

Müşfiq Şahverdiyevin isə özünəməxsus yumorla cavab verib:

“Bu “matışka” sözü aləmi bir-birinə qatıb. Haımı deyir ki, Müşfiq Vasifi söyüb, aralarında qırğın düşüb. Meyxanada belə sözlərin işlənməsi adi haldır. Bu hazır bir meyxanadır, mənim deyil. Mən bu deyişməni Pərviz Bülbülə, Ələkbər Yasamallı və digərləri ilə də demişəm. Heç biri məndən inciməyib. Vasifin verilişdə qabağında “vilka”-qaşıq vardı. Əgər əsəbiləşsəydi, məni “vilkalayardı”. Ya da verilişdən sonra meyxanaçılarla dəstə yığıb, məni öldürmək üçün üstümə gələrdi. Vasif qardaşdı”.

Cəvahir

www.yenicag.az

6397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv