!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət nazirinin müavini beynəlxalq tədbirdə çıxış etdi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında “Mədəniyyət və gənclərin iştirakı vasitəsilə Qoşulmama Hərəkatına Üzv Dövlətlər arasında həmrəyliyin və birliyin gücləndirilməsi” mövzusunda çıxış edib.

Yenicag.az xəbər verir ki, 21 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında “Mədəniyyət və gənclərin iştirakı vasitəsilə Qoşulmama Hərəkatına Üzv Dövlətlər arasında həmrəyliyin və birliyin gücləndirilməsi” mövzusunda sessiya ilə çıxış edib.

40-dan çox gəncin iştirakı ilə baş tutan sessiya QHGT-nin katibliyinin rəhbəri Leyla Həsənovanın açılış nitqi ilə başlayıb. L. Həsənova iştirakçıları salamlayaraq tədbirə göstərdikləri maraq üçün onlara təşəkkürünü bildirib. Daha sonra, F. Cəfərov, gənclərin mədəniyyət sahəsində əvəzolunmaz rolu və mədəniyyət amilinin əhəmiyyətindən, gənclərin potensialından səmərəli istifadə yollarından bəhs edib. Həmçinin, mədəniyyətin inkişafı və gənclər yolu ilə təbliğinin Qoşulmama Hərəkatına Üzv Dövlətlər arasında həmrəyliyin və birliyin gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Tədbir sual-cavab sessiyası ilə davam edib. Sessiyada iştirakçılar Fərid Cəfərova mövzu ilə əlaqədar çoxsaylı suallarını ünvanlayıblar. Tədbirin sonunda, xatirə fotosu çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Hərəkata sədrliyi dövründə yaradılan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Hərəkatın institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2022-ci ilin iyul ayında Şuşa Akkordları sənədi ilə Şəbəkədən Təşkilata çevrilmiş QHGT-nin əsas missiyası cəmiyyətin aktiv üzvləri olan gənclərin müasir, milli və dünyəvi problemlərin həllində həmrəy fəaliyyətinə təkan verməkdir.

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv