Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Məktəb direktorları əl-qollarının bağlanmasından narazıdırlar” – Kamran Əsədov

“Təbii ki, bir qurum tərəfindən bu qədər geniş “ordu”ya nəzarət edilməsi asan deyil”.

Bu fiukirləri Yenicag.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasından sonra paytaxt məktəblərində yaranmış vəziyyəti dəyərləndirən təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov hesab edir ki, Bakının təhsil sahəsi üzrə mərkəzləşmiş qurumunun yaradılması zərurətdən irəli gəlirdi:

“Məsələn, Bakı Şəhər Baş Polis İdarəsi mərkəzləşmiş orqandır, ondan əlavə, rayonların da polis şöbələri də mövcuddur. Ancaq təhsil sahəsində analoji sistem tətbiq edilməmişdi. İndi isə Təhsil sahəsində rayon iadərləri birləşdirilərək mərkəzi orqan yaradıldı. Əlçatımlılıq baxımından, vətəndaşlar və müəllimlər bu durumdan narazıdırlar.

Təsəvvür edin, Bakı şəhərində 317 məktəb var və o təhsil müəssisələrində 500 minə yaxın şagird oxuyur. Təbii ki, bir qurum tərəfindən bu qədər geniş “ordu”ya nəzarət edilməsi asan deyil”.

Müəllimlərin narahatlığına toxunan ekspert bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorların və müəllimlərin əsassız pul yığımına qarşı qəti mübarizə aparır:

“Bir çox direktor və müəllimlər düşünürlər ki, əgər hər rayonun özünün təhsil şöbəsi olsa, rahatlıqla, razılaşma və müəyən qədər faiz müqabilində qeyri-qanuni fəaliyyətlərini davam etdirə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi mərkəzləşmiş qaydada bütün təhsil müəssələrini idarə edir. Hətta Bakının ən ucqar yerindəki məktəbdə belə baş verənlərdən İdarənin xəbəri olur.

Sadəcə, bəzi direktorların və müəllimlərin narazılığı təhsilin keyfiyyətinə və idarəetməyə yox, əl-qollarının bağlanmasına görədir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətlərində neqativ hallar aşkarladığı məktəb direktorlarını və müəllimləri işdən azad edir.

Əvvəlki idarəçilik sistemində isə neqativ hallara göz yumulmasına nail ola bilirdilər. Mərkəzləşmiş təhsil sistemi həm də çevik əlaqələndirməni təmin edir. Düzdür, bütün qurumlar müstəqildirlər, ancaq etiraf edək ki, bizdə qurumlara tam müstəqilliyin verilməsi bərbad nəticələrə səbəb olur”.

Valideynlərin əsas narazılıqlarının səbəblərinə gəldikdə isə Kamran Əsədov bunları deyib:

“Bakı şəhərində 500 min şagird təhsil alır. Şikayətləri olan valideyinlərin sayı kifayət qədər çoxdur və onların hamısının Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən qəbul edilərək, dinlənilmələri imkan xaricindədir. Ümumiyyətlə, təhsilin keyfiyyətinə yönəlik narazılıqlar əsassızdır”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

2100
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100