!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev

!Reklam – Yazi

Ötən gündən başlayaraq hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.

Orta məktəblərdə tətil elan olunub, ali təhsil ocaqlarında isə imtahanların vaxtı dəyişdirilib.

Yenicag.az-a açıqlama verən Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev mövcud durumdan danışıb. O, bunun qurama bir oyun olduğunu iddia edib:

“Azərbaycanda bugünkü məmurlar, müəyyən sahələrə baxan işçilər öz yerində olmayan adamlardır. Onda belə çıxır ki, Moskvada, Sibirdə ilin 12 ayı iş olmasın, camaat evdən çıxmasın? Bu, düzgün yanaşma deyil. Sadəcə, özlərinin yaratdığı müəyyən problemlər var. Özlərinin əl müxalifətinə mitinq keçirmək üçün icazə veriblər. İndi də istəyirlər ki, bunları bir az da şişirtsinlər. Guya ki, sabah onların mitinqinə milyonlarla adam gələcək. Heç 5 nəfər də gəlməyəcək. Nə olub ki? Bakıda hava normaldır. Bakı həmişə küləklər şəhəri olub. Lap qar yağsa, nə olacaq? Bakının meri zəhmət çəkib Hacıbala Abutalıbovdan qalma problemləri həll etsin. Məktəblərin bağlanmasına nə ehtiyac var? Guya bunlar işləyirlər, ölkə prezidentinə canları yanır. Bizə Qərbdə, Avropada, digər dövlətlərdə gülürlər.

Bəlkə gedib binanın bloklarının qapısını “svarka”lasınlar, camaat çölə çıxmasın? Bu, sadəcə olaraq hakimiyyətin daxilində Kərimov Əliyə 50 min verən, Həsənov Cəmilin kitablarını çap etdirənlərin təklifidir. Onları şişirtməkdən ötəri də belə bir oyuna əl atıblar. Düşünürəm ki, yersiz bir işdir. Camaat da görəcək ki, nə dolu düşdü, nə tufan qopdu. Camaat niyə çörək növbəsinə dayanır? Müharibə-zaddı? Bunların hamısı süni oyunlardır. Prezidentə xəyanət etmək olmaz. Əgər bu qurumların vicdanı varsa, Qarabağla, əsir düşən həmvətənlərimizlə bağlı həyəcan təbili çalsınlar”.

Emin Səfərov

www.yenicag.az

15451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv