!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmmədyarovla Mnatsakanyan görüşü bu gün Nyu-Yorkda baş tutacaq

!Reklam – Yazi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün Nyu-Yorkda görüşəcək.

Yenicag,az xəbər verir ki, Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə edəcək.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Şofer – ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.

www.yenicag.az

7958
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv