!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq hüquqa “BUMERANQ ATIŞI”: “Bu təşkilat ya buraxılmalı, ya da yeni mexanizmlər...”

!Reklam – Yazi

“1947-ci ildən bu yana BMT-də İsrail-Fələstin probleminə dair 4 min qətnamə qəbul olunsa da, onların heç biri yerinə yetirilməyib”.

Bu fikirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Qutereşin Fələstinlə bağlı bəyanatını və İsrailin onun fikirlərinə sərt reaksiyasını şərh edən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Tural Əliyevin sözlərinə görə, hazırda ciddi böhran keçirən BMT-nin fəaliyyətinə yenidən baxılmalıdır:

“BMT baş katibi Antonio Qutereşin Fələstinlə bağlı açıqlaması İsrail tərəfindən tənqidlə qarşılanıb. Qutereşin son açıqlamasını və ona verilən müxtəlif reaksiyalara baxdıqda, dünyada dərin hüquqi nihilizmin yaşandığını görərik.

Beynəlxalq hüquq mexanizmləri işləmir, dünyanın ən ali orqanı olan BMT öz nizamnaməsindən irəli gələn məsələləri həll edə bilmir, dövlətlərin suverenlik və ərazi bütövlüyünün qarantı kimi çıxış etmək imkanlarını itirib.

Ona görə də, BMT-nin fəaliyətinə yönəlik etimad minimum səviyyəyə düşüb. BMT baş katibinin xatırlatdığım fikirləri İsraili o qədər hiddətləndirib ki, Tel-Əviv bu təşkilatın nümayəndələrinə viza verilməyəcəyini bəyan edib.

Eyni zamanda, qərarları, qətnamələri kağız üzərində qalan BMT-nin fəaliyyətinə yenidən baxılmalıdır. Biz təşkilatın “dişsizliyini” Azərbaycanın timsalında da görmüşük. Qeyd edim ki, 1947-ci ildən bu yana BMT-də İsrail-Fələstin probleminə dair 4 min qətnamə qəbul olunsa da, onların heç biri yerinə yetirilməyib.

Bu isə dünyada obrazlı desək, bir boşluğun olduğunu göstərir. Həmin boşluq doldurulmayana qədər münaqişələr davam edəcək. BMT ya buraxılmalıdır, ya da dünya nizamının formalaşması üçün yeni mexanizmlər formalaşdırılmalıdır. O mexanizmlər nə qədər tez yaradılarsa, münaqişələrin qarşısı bir o qədər tez alınar. Mövcud vəziyyət davam etdikcə, münaqişələrin sayı və miqyası artacaq, böhranlar daha da dərinləşəcək”.

Səxavət Məmməd

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv