!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın təkrəqəmli inflyasiya PROQNOZU: “Yaxın bir-iki il ərzində manatın məzənnəsində...”

!Reklam – Yazi

“Faiz dərəcələrini qaldırmaq və iqtisadi aktivliyi artırmaqla, inflyasiyaya müəyyən dərəcədə təsir göstərmək mümkündür”.

Bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımovun AzTV-yə müsahibəsində səsləndirdiyi bəzi mülahizələri şərh edən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, faiz dərəcələrini qaldırmaq və iqtisadi aktivliyi artırmaqla, inflyasiyaya müəyyən dərəcədə təsir göstərmək mümkündür:

“Ümumiyyətlə, Mərkəzi Bankın rəhbərinin bu cür problemlər haqqında müsahibəsi və sözügedən dövlət qurumunun vacib məsələlərə münasibət bildirməsi əhəmiyyətli irəliləyişdir. Ümid edək ki, bu praktika ənənəyə çevriləcək. Mərkəzi Bankın mediaya açıqlığı iqtisadi oyunçuların maraqlarına cavab verir.

İnflyasiya ilə bağlı mövqe ifadələri əhalini daha çox maraqlandıran cəhətlərdəndir. Doğrudan da, Mərkəzi Bankın mövcud iqtisadi sistemdə inflyasiyaya yönəlik görə biləcəyi iş həddən artıq məhdud səviyyədədir. Faiz dərəcələrini qaldırmaq və iqtisadi aktivliyi artırmaqla, o cümlədən, yaranan tələbi azaltmaqla, inflyasiyaya müəyyən dərəcədə təsir göstərmək mümkündür.

Lakin bu təsirlər həlledici gücə malik deyil. Çünki inflyasiyanın artmasına təsir göstərən amillərin sırası çox genişdir və onlar Mərkəzi Bankın fəaliyyətindən asılı deyil. İnflyasiyaya qarşı mübarizə çərçivəsində bir çox problemlər aradan qaldırılmalıdır. İlk növbədə ölkədə rəqabət mühitinin gücləndirilməsinə və məhsul bolluğunun yaradılmasına, həmçinin qiymətlərin tənzimlənməsinə ehtiyacı olduğu vurğulanmalıdır.

Əhalini ciddi şəkildə düşündürən digər vacib məsələ manatın məzənnəsi ilə bağlıdır. Mərkəzi Bank idarə olunan sabit məzənnə rejiminin hələ bir müddət davam edəcəyinə dair cəmiyyətə siqnal ötürüb. Fikrimcə, hazırkı iqtisadi intitutlaşma səviyyəsini nəzərə alaraq məzənnə ilə əlaqədar hansısa qərarların verilməsi doğru olmazdı. Bu isə o deməkdir ki, bəlkə də yaxın bir-iki il ərzində manatın məzənnəsində hansısa ciddi dəyişikliklər olmayacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv