Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Ona olan sevgimdən hər kəs xəbərdardır" - FOTOLAR

Çoxdandır görünməyən tanınmış aparıcı Sahibə Nəzərova film təqdimatlarının birində fotokameramıza poz verib. Uzun illər Xəzər Televiziyasında yayımlanan “Starlife” verilişinin aparıcı olan Sahibə sən demə, son illər Türkiyədə yaşayırmış.

Yenicag.az-a açıqlama verən aparıcı qardaş ölkədə darıxdığını və geri qayıtdığını bildirib:

“ İşlə əlaqədar getmişdim, amma gördüm ki, qala bilmirəm. Məcbur olub geri qayıtdım”.

Hələ də subay olan aparıcı şəxsi həyatından da danışıb:

“Şahrux Xanı çox sevirəm. İşim-gücüm sosial şəbəkədə onunla bağlı paylaşımlar etməkdir. Ona olan sevgimdən hər kəs xəbərdardır. Hətta çoxları bezib, yazır ki, bəsdir də, əl çək bu qara oğlandan. Neyləyim, mənim ona olan sevgim azalmır. 52 yaşı olsa da, çox xarizmatikdir. Hər bir qızın xəyallarının kişisidir. Mən onu dəlicəsinə sevirəm. Bu, bir kişiyə olan fanat sevgisidir. O meqa-stardır, öz ölkəsinin ruhani lideridir, həm də sevilən sənətçidir.

Telefonumda, kompüterimdə yalnız hind mahnıları paylaşıram. Bu da həmin aktyora olan sevgimdən irəli gəlir”.

Cəvahir

Foto: Elvin

www.yenicag.az

5603
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM