!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mətbuat Şurasında “Dezinformasiyaya qarşı mübarizə vasitələri” mövzusunda konfrans keçirildi – FOTOLAR/VİDEO

!Reklam – Yazi

Azərbaycan Mətbuat Şurasının konfrans zalında “Dezinformasiyaya qarşı mübarizə vasitələri” mövzusunda 2-ci konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, konfrans Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan eyni adlı layihə çərçivəsində təşkil edilib. Konfransda Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova və Mətbuat Şurasının İdarə Heyətinin üzvləri iştirak ediblər.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, layihə 5 ay müddətində davam edib. “Bu müddət ərzində “Saxta xəbər” (Fake news) və onun növləri (“Misinformation”, “Disinformation”), son elmi nəzəriyyələr araşdırılaraq ümumiləşdirilib. Tədqiqat nəticəsində əldə edilmiş məlumatlar məqalələr halında hazırlanaraq, media subyektlərində dərc edilib. Mövzu üzrə yeni trendlərin Azərbaycan auditoriyasına çatdırılması üçün zəruri addımlar atılıb”, – deyə o əlavə edib.

Müşfiq Ələsgərli qeyd edib ki, layihə üzrə həm də inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq edilən mexanizmlər barədə məlumatlar toplanılıb: “Almaniya, Fransa, Türkiyə, Çin, Rusiya və ABŞ-də dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq olunan modellər öyrənilib. Bu modellər barədə də maarifləndirici məqalələr hazırlanaraq media subyektlərində dərc edilib. Beləliklə, Azərbaycan xəbər istehsalçılarının inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə üçün tətbiq edilən qanunlar və inzibati mexanizmlər barədə məlumat almalarına imkan verən məlumat bazası hazırlanıb”.

Rəşad Məcid çıxışında qeyd edib ki, media sahəsində dezinformasiya ilə mübarizəni gücləndirmək və qarşısını almaq üçün koordinasiyalı işlər çərçivəsində xüsusi tədbir görülməlidir. Natiq Məmmədli deyib ki, dezinformasiya ilə mübarizə sahəsinə diqqət ayrılmalıdır və bu, söz azadlığının boğulması kimi qiymətləndirilməməlidir. Əflatun Amaşov isə bildirib ki, ölkədə informasiya mühitini qorumaq üçün dezinformasiya ilə mübarizə istiqamətində addımların atılması vacibdir.

Sayalı Sadıqova əlavə edib ki, mövzu diqqətdə saxlanılacaq və “misinformation” ifadəsinin Azərbaycan dilində qarşılığının tapılması üçün işlər görüləcək. Ramil Mirzəyev dezinformasiyanın ən çox sosial şəbəkədə yayıldığını, tədbirlərin də ilk olaraq, bu sahədə zəruriliyini diqqətə çatdırıb. Hacıbəy Heydərli öz növbəsində əlavə edib ki, doğru xəbərin dezinformasiyadan ayırd edilib, tədbir görülməsi üçün struktur formalaşdırılmalıdır. Qeyd edək ki, “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyələşdirib.

COP29

www.yenicag.az

131
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv