!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meksikada Sinaloa xaosu: Küçələr qan gölünə döndü – Çoxlu sayda ölən var

!Reklam – Yazi

 

Meksikada silahı dəstələr arasında savaş yenidən ölkəni qan gölünə çevirib. Sinaloa ştatında “El Çapo” ləqəbli Xoakin Quzmanın oğulları ilə “El Mayo” ləqəbli İsmael Zambada Qarsiyanı dəstəkləyənlər arasında qarşıdurmalar getdikcə şiddətlənir.

Ölkənin ən böyük narkotik karteli olan Sinaloa daxilində iki rəqib qruplaşma arasında baş verən toqquşmada ən azı 53 nəfər ölüb, 50-dən çox adam itkin düşüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Sinaloa kartelinin lideri İsmael “El Mayo” Zambada ABŞ-də saxlanıldıqdan sonra iyul ayında ölkədə zorakılıqlar xeyli artıb. Zambada karteldəki “Los Çapitos” qrupunu onu qaçıraraq ABŞ-a təhvil verməkdə ittiham edib.

Meksikanın Sinaloa əyalətində son qarşıdurmalar səbəbindən məktəblər və bəzi iş yerləri bağlanıb və həyat dayanıb. Ordu hadisələrin qarşısını almağa çalışsa da, xeyli insan saxlanılıb.

Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ-ni Sinaloa kartelinə bağlı qruplar arasında sentyabrın 9-dan bəri davam edən qarşıdurmalarda günahlandırıb.

İyulun 27-də ABŞ-da Zambadanın həbsinə toxunan Obrador bu əməliyyatı “yanlış və qeyri-qanuni” adlandırıb və “Vaşinqton administrasiyası birtərəfli qərarlar verməyə davam edərsə, heç bir əməkdaşlıq əlaqələrinin olmayacağını” bildirib.

ABŞ-nin ədliyyə naziri Merrik Qarland iyulun 25-də Meksikanın “Sinaloa” narkokartelinin yaradıcısı Zambada Qarsiya və təşkilatın digər qurucusu Quzmanın oğlu Xoakin Qusman Lopezin Texasda saxlanıldığını açıqlayıb. İyulun 27-də hakim qarşısına çıxan Qarsiya həbs edilib.

“El Çapo” ləqəbli Xoakin Quzman 2019-cu ildə ABŞ-nin Nyu-York ştatında keçirilən məhkəmə prosesində ömürlük həbs cəzasına məhkum edilib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv