Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Meyxanaçı Ələkbər efirdə müğənnini təhqir etdi: "Hamı sənin kimi..." - VİDEO

Meyxanaçı Ələkbər Yasamallı ilə müğənni Əlikram Bayramov arasında söz atışması olub.

Yenicag.az xəbər verir ki, müğənni indiki meyxanaçıları tənqid atəşinə tutub:

“İndiki meyxanaçılar yava-yavaş meyxananı sıradan çıxarır. Onlar toylarda musiqili meyxana oxuyurlar. Meyxananı məhv edəcəklər. Amma bundan əvvəl söz xiridarları vardı. Ağasəlim Çıldağ kimi. Belə getsə, meyxanaçılar dönüb olacaqlar Əlikram Bayramov kimi müğənni”.

Ələkbər onun atmacasını belə cavablandırıb:

“Hamı sənin kimi müğənni olsa, daha heç nə (gülür). Bəs sən niyə keçmiş oxuyanlar kimi oxumursan?”

Əlikram meyxanaçının bu atmacasından sonra özündən çıxıb:

“Bir oğlan gəlib oxuduğum əsəri oxusa, adımı dəyişərəm. Azərbaycanda dörd müğənni varsa, biri mənəm”.

Qeyd edək ki, qalmaqal ARB-nin “Səhər-səhər” verilişində yaşanıb.

Nehru

Loading...

www.yenicag.az

4187
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100