Milli Məclisdə qalmaqal: “Çıxış-zad etmək fikrim yoxdur”

Milli Məclisin bu gün keçirilən iclasında deputat Arif Rəhimzadə ilə spiker Oktay Əsədov arasında narazılıq yaranıb.

Yenicag.az xəbər verir ki, Ədliyyə nazirinin müavini Vilayət Zahirovun çıxışından sonra söz alan Arif Rəhimzadə ona vaxtında söz verilməməsindən şikayətlənib: “Burada prosedurlar belədir ki, adətən hesabatlardan sonra Milli Məclisin komitə sədri çıxış etməlidir. Ondan sonra deputatlar danışmalıdır. Ancaq Vilayət Zahirov danışandan sonra mənə söz verilmədi. Çıxış-zad etmək fikrim yoxdur”.

Oktay Əsədov isə Rəhimzadənin bu iradına adekvat cavab verib: “Arif müəllim, çıxış etmək fikriniz var idisə, çıxışa yazılaydınız. Sizin bu “pretenziya”nızı başa düşə bilmirəm. Burda kimə məhdudiyyət yardılır ki? Kim istəyir o da çıxış edir”.

Qeyd edək ki, spikerin bu sözlərindən sonra deputat fikrindən daşınmayıb.

Araz Zeynalov

 

 

COP29