Milli Məclisin deputatlarının tətili başa çatır

Sabah – avqustun 30-da Azərbaycan Milli Məclisinin (MM) deputatlarının tətil müddəti başa çatır.

Yenicag.az-ın xəbərinə görə, iyulun 15-dən tətildə olan MM üzvlərinə məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilib. Belə ki, Milli Məclisin sədri 4 950, sədrin I müavini 4 454, MM sədrinin müavini 4 206, komitə və komissiya sədrləri 3 960 manat, komitə sədrlərinin müavinləri 3 712, sıravi deputatlar isə 3 464 manat müavinət alıb.

Qeyd edək ki, sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq. MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Bu il sentyabrın 30-u bazar gününə təsadüf etdiyindən iclas oktyabrın 1-də keçiriləcək.