Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Millimizdən Albaniya üzərində qələbə

Reklam: Sinerji Pro

Antalyada təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün sonuncu yoxlama oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı yığmamız Albaniyadan olan həyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın qələbəsi ilə başa çatıb.

Gənclər yığmamız bu matçdan öncə Antalyada “Alanyaspor”un U-21 komandasına 3:1 hesabıyla qalib gəlib, Albaniyanın gənclər yığmasına 0:1 hesabıyla uduzub, Gürcüstanın U-21 komandası ilə isə 1:1 hesablı heç-heçə etmişdi.

Yoxlama oyunu
26 yanvar

Azərbaycan – Albaniya 1:0
Qol: Ü.İsgəndərov, 53.

Azərbaycan: 22. Abdulla Seyidəhmədov, 20. Ömər Buludov, 4. Bəhlul Mustafazadə, 5. Elvin Sərkərov, 8. İlkin Muradov, 19. Rafael Məhərrəmov, 18. Ülvi İsgəndərov, 9. Fəhmin Muradbəyli, 2. Sərtan Taşkın, 14. Nicat Süleymanov, 28. Hacıağa Hacılı.

Ehtiyat oyunçular: 25. Murad Xaçayev, 12. Kamran İbrahimov, 21. Xəyal Nəcəfov, 1. Aydın Bayramov, 7. Ehtiram Şahverdiyev, 13. Murad Qayalı, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 24. İsmayıl İbrahimli, 16. İlyas Səfərzadə.

www.yenicag.az

1332
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100