Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Minsk Qrupunun həmsədrlərindən BƏYANAT

Reklam: Sinerji Pro

ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən danışıqlarla bağlı bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat verilib.

Bəyanatda qeyd edilib ki, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası, əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər, nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələlərini müzakirə ediblər.

Həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllinə və nizamlama prosesinə kömək edəcəklərini ifadə ediblər.

Nazirlər həmsədrlərin iştirakı ilə yaxın zamanlarda yenidən görüşməyə dair razılığa gəliblər.

Qeyd edək ki, Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında danışıqlar yanvarın 28-30-da keçirilib. Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak ediblər. Danışıqların ilk mərhələsi 7 saat davam edib.

Loading...

www.yenicag.az

616
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100