MM-in növbəti plenar iclasının vaxtı dəyişdirildi

Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclasının vaxtı dəyişdirilib.

Yenicag.az xəbər verir ki, iclas oktyabrın 12-də keçiriləcək.

Sonrakı iclasın isə oktyabrın 16-da keçirilməsi planlaşdırılır. MM-in oktyabr ayı üçün sonuncu plenar iclası ayın 30-da keçiriləcək.

Xatırladaq ki, oktyabrın 19-da da plenar iclasın keçirilməsi nəzərdə tutulmuşdu.

COP29