!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva ilə Pekinin “çoxqütblü dünya” HƏMRƏYLİYİ: Putin Çinə niyə təşəkkür etdi?

!Reklam – Yazi

Rusiya lideri Vladimir Putin Pekində təşkil olunan Forumun fəxri qonağı qismində çıxış edib.

Yenicag.az CNN-ə istinadən xəbər verir ki, “Bir kəmər – bir yol” layihəsinin onilliyinə həsr olunan Forumun açılış mərasimində çıxış edən Rusiya prezidenti Vladimir Putin Çinin qlobal xarici siyasət sahəsindəki son təşəbbüsünü “daha ədalətli və çoxqütblü dünya yaratmaq məqsədi” kimi qiymətləndirib.

Forumda Çinlə Rusiyanın sivilizasiya müxtəlifliyinə və hər bir dövlətin inkişaf modelinə hörmət prinsiplərinin əsas götürüldüyü bərabərhüquqlu əməkdaşlığa tərəfdar olduğu vurğulanıb.

Eyni zamanda, Çin lideri öz çıxışında dünya üçün alternativ inkişaf modelini təmin etmək təşəbbüsünü dəyərləndirərək, bunun beynəlxalq əməkdaşlıq üçün yeni çərçivə yaratdığını bildirib.

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv