Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Motosiklet oğruları saxlanıldı - Sabirabadda

Sabirabadda motosiklet oğruları saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinə ərizə ilə müraciət edən Moranlı kənd sakini Vüqar Mansurov sentyabrın 4-nə keçən gecə həyətindən “İJ Planet-3” markalı motosikletinin oğurlandığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib. Qaragüney PB-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Moranlı kənd sakinləri Ramin Talıblı, Əli Əliyev və Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

www.yenicag.az

1193
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100